logo

106 Azərbaycan vətəndaşı Gürcüstanda həbsdədir

10:58 29-05-2020 | icon 2002
106 Azərbaycan vətəndaşı Gürcüstanda həbsdədir

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 106 nəfər təşkil edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında deyilir. Aylıq müqayisədə qonşu ölkədə həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər azalıb.

Qeyd edilir ki, Gürcüstanda ittiham olunan 16 Azərbaycan vətəndaşı var ki, onların 11-i kişi, 5-i isə qadındır. Məhkum olunan Azərbaycan vətəndaşlarının sayı isə 90 nəfərdir. Onların 81-i kişi, 9-u isə qadındır.

Probasiya nəzarətində isə 21-i kişi, 2-si qadın olmaqla 23 Azərbaycan vətəndaşı saxlanılır.