Xatırladaq ki, dünən startı verilən ilk turda Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlimişdi, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölmüşdü.
Qeyd edək ki, turnirdə Ş.Məmmədyarov ilə yanaşı, xüsusi dəvətli Vladimir Kramnik, dünya ikincisi Sergey Karyakin (hər ikisi Rusiya), dünya kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FIDE reytinqində yüksək reytinqə malik iki qrossmeyster - Fabiano Karuana və Uesli So (hər ikisi ABŞ), eləcə də Qran-Pri seriyasının finalçısı Aleksandr Qrişuk (Rusiya) qüvvəsini sınayırlar.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov hazırda 2809 xalla FIDE reytinq cədvəlində ikinci pillədə qərarlaşıb..