logo

Azərbaycan şahmatçısı iddiaçılar turnirinə qələbə ilə başlayıb

18:02 11-03-2018 | icon 2947
Azərbaycan şahmatçısı iddiaçılar turnirinə qələbə ilə başlayıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Berlində keçirilən iddiaçılar turnirinə qələbə ilə başlayıb.YeniAvropa xəbər verir  ki 2809 xalla FIDE-nin reytinq cədvəlində ikinci pillədə qərarlaşan qrossmeysterimiz ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinə qalib gəlib.

İlk turun digər oyunlarında isə ABŞ idmançılarının duelində Fabiano Karuana Uesli Soya qalib gəlib. Rusiyalı şahmatçıların qarşılaşmasında isə Vladimir Kramnik Aleksandr Qrişukdan üstün olub. Ermənistanlı Levon Aronyan və Çin idmançısı Dinq Lijen isə xalları yarı bölüblər.

Bu gün keçiriləcək ikinci turda Ş.Məmmədyarov ağ fiqurlarla L.Aronyanı sınağa çəkəcək. Bundan başqa A.Qrişuk – U.So, D.Lijen – F.Karuna və V.Kramnik – S.Karyakin görüşləri keçiriləcək.

Martın 28-dək davam edəcək iddiaçılar turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək