logo

“ASAN xidmət” və "ASAN Kommunal" 1 həftə bağlı olacaq

16:55 20-05-2020 | icon 280
“ASAN xidmət” və "ASAN Kommunal" 1 həftə bağlı olacaq

Ramazan bayramı və 28 May – Respublika Günü ilə əlaqədar 24-30 may tarixində “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

 YeniAvropa xəbər verir ki, bu barədə prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 31 may tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi, "www.asan.gov.az saytı" və "108" Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.