logo

Qurban Qurbanov: Milli komandada oynaya biləcək bütün futbolçulara diqqət artırılacaq

14:09 20-12-2017 | icon 2604
Qurban Qurbanov: Milli komandada oynaya biləcək bütün futbolçulara diqqət artırılacaq

Gürcüstan ilə keçirəcəyimiz yoldaşlıq matçından əvvəl ola bilsin ki, başqa bir oyunumuz da olsun. Millətlər Liqasının başlanmasına qədər istərdim ki, oyunların sayı çox olsun. Mart və may aylarına da təlim-məşq toplanışı planlaşdırmışıq.

YeniAvropa xəbər verir ki, bunu dekabrın 20-də futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

“Ən yaxşı futbolçuları müəyyənləşdirib komandaya cəlb etməyə çalışmalıyıq. Yerli futbolçularımızdan maksimum dərəcədə istifadə edəcəyik. Milli komandanın heyətində ola bilər ki, dəyişikliklər olsun. Hər bir futbolçuya milli komandaya düşmək üçün şans veriləcək”, - deyə mütəxəssis bildirib.

Heyətə futbolçuları cəlb etmək üçün komandaların oyunlarını izləyəcəyini diqqətə çatdıran Q.Qurbanov qeyd edib: “Milli komandada köməkçilərim Elçin Rəhmanov və Çudomir Çakarov, qapıçılarla iş üzrə məşqçi isə Dmitri Kramarenko olacaq. Futbolçudan əvvəl biz düzgün məşqçi, həkim, fizioterapist yetişdirməliyik ki, aşağı yaşlı futbolçularımız sağlam böyüsünlər. Uşaq futbolunun inkişafına da təkan veriləcək. Mən Azərbaycan futboluna qürurla xidmət etmək istəyirəm. Çox istəyirəm ki, Azərbaycanlı futbolçuları yüksək nəticə göstərsinlər. Komandanın bir mövqeyində problem yaranarsa, bu komandanı ruhdan salır. Millətlər Liqasından çıxmaq şansımız olsa, biz bundan maksimum yararlanacağıq”.