logo

Dünyanın ən zəngin milyarderlərindən biri intihar etdi

20:49 06-05-2020 | icon 2317
Dünyanın ən zəngin milyarderlərindən biri intihar etdi

Rusiyalı milyarder Dmitri Bosov intihar edib.

YeniAvropa  Rusiyanın "rbc.ru" saytına istinadla xəbər verir ki, məlumatı iş adamının yaxınları təsdiqləyiblər. Bildirilib ki, 52 yaşlı biznesmen mayın 6-na keçən gecə Usovodakı evində özünü öldürüb. İntiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, Dmitri Bosov “Sibantratsita” və “Vostokuql” şirkətlərinin, “Artplay” memarlıq və dizayn mərkəzinin sahibidir. O, “Forbes”in dünyanın ən zəngin biznesmenləri siyahısında 86-cı yerdədir.