logo

Yaqut Qarayeva:“Karantin rejimi yenidən sərtləşdirilə bilər”

18:47 05-05-2020 | icon 2086
Yaqut Qarayeva:“Karantin rejimi yenidən sərtləşdirilə bilər”

“Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər”.

 YeniAvropa xəbər verir ki, bu fikri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva  bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahının mətbuat konfransında deyib.

O, təəssüf  hissi ilə bildirib ki, son vaxtlar koronavirusla mübarizədə müsbət dinamikanı itirməyə başlamışıq : "Yoluxmaların sayı artır. Bu bizim üçün gözlənilməz deyildi. Çünki bilirdik ki, karantin rejiminin yumşaldılmasından sonra yoluxma hallarında artım qeydə alınacaq. Bunun səbəbini bilmək üçün küçəyə çıxmaq yetərlidir".

Y.Qarayeva Azərbaycan xalqına müraciət edib: “Biz karantin rejiminin yumşaldılmasını istəyirik, sərtləşdirilməsini deyil. Ona görə də xalqımız qaydalara riayət etməlidir. Görünən odur ki, karantin qaydalarına əməl olunmur. Hər kəs maskadan istifadə etməlidir”.

.