logo

Azərbaycanda həkim koronavirusdan öldü

18:50 18-04-2020 | icon 2100
Azərbaycanda həkim koronavirusdan öldü

Azərbaycanda təcili tibbi yardım briqadasında çalışan həkim Zakir Xəlilov koronavirus infeksiyasının qurbanı olub.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bu gün səhər "Facebook" səhifəsində paylaşım edib. O, qeyd edib ki, Zakir Xəlilov ADR-in Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü olub.

Məlumata görə koronavirusa yoluxduqdan sonra Z.Xəlilov bir həftədən artıq reanimasiya şöbəsində müalicə alıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki koronavirusdan vəfat edən Zakir Xəlilovun 67 yaşı olub.