Bakıda AFFA-nın XXV konfransı keçirilir
Martın 7-də Bakıda AFFA-nın XXV konfransı öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, tədbirdə prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü, xarici işlər naziri Elmar Məmmədyarov, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Con Deleyni, veteran futbolçular və idman ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Tədbirdə futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsindəki çıxışından bəhs edən videoçarx nümayiş olunub.
AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən il ərzindən futbolun inkişafı istiqamətində görülən işlərdən danışıb. O deyib: “Hesabat dövründə “Qarabağ” klubunun Çempionlar Liqasına yüksəlməsi çox sevindirici oldu. Bundan əlavə, Bakı 2019-cu ildə Avropa Liqasının final mərhələsinə ev sahibliyi etmək hüququ qazanıb. Həmçinin paytaxtımızda FIFA-nın sammiti təşkil olunub, eləcə də Qurban Qurbanov milli komandamıza baş məşqçi təyin edilib. Bütün bunlar ölkəmizdə futbolun inkişafına yönəlmiş addımlardır”.
FIFA-nın Avropa Milli Assosiasiyalarının direktoru Byorn Vassallo ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, Azərbaycanda futbolun inkişafı istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışıb.
AFFA-nın baş katibi Elxan Məmmədov ötən il ərzində görülən işlərin hesabı ilə çıxış edib.
Daha sonra ölkədə futbolun kütləviliyinin təmin olunması, infrastrukturun təkmilləşdirilməsi və uşaq futbolunun inkişafı ilə bağlı videoçarx təqdim olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb