Martın 7-də Azərbaycan Futbol Federasiyalalrı Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçiriləcək.
YeniAvropa qurumun saytına istinadən xəbər verir ki, “Bulvar otel”də təşkil ediləcək tədbirdə AFFA-nın üzvləri ilə yanaşı beynəlxalq futbol təşkilatlarının , o cümlədən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə kuratoru Byorn Vassallo, UEFA-nın İcraiyyə komitəsinin üzvü Con Deleyni və UEFA-nın Milli Assosiayaların İnkişafı üzrə şöbəsinin rəhbəri Tyerri Favre iştirak edəcəklər.