logo

Milli Məclisin hökumətin 2019-cu üzrə videohesabatı dinlənilir

11:13 09-04-2020 | icon 2100
Milli Məclisin hökumətin 2019-cu üzrə videohesabatı dinlənilir

Milli Məclisin aprelin 9-da keçirilən iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir.

 YeniAvropa xəbər verir ki, karantin rejimi ilə əlaqədar olaraq baş nazir Əli Əsədov hesabatı video formatda təqdim edir.

Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər imumləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

Ümumiyyətlə iclasın gündəliyinə 6 məsələnin müsakirəsi daxil edilib. Gündəlikdəki digər 5 məsələ aşağıdakılardır:

-Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında;

- Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında ;

- Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixi 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə;

- “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında.