logo

2018-ci il dünya çempionatında hakimlərə video kömək sistemi tətbiq ediləcək

18:23 03-03-2018 | icon 3038
2018-ci il dünya çempionatında hakimlərə video kömək sistemi tətbiq ediləcək

İyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında hakimlərə video kömək sistemi tətbiq ediləcək . 

YeniAvropa  "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bu haqda qərar Beynəlxalq Futbol Federasiyası (FIFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) FIFA rəhbəri Canni İnfantinonun rəhbərliyi ilə keçirilən iclasından sonra qəbul olunub.

İclasda  hakimlərə video kömək sisteminin (VAR) qaydalara daxil olunmasını dəstəkləyib. 

Qeyd edək ki, hakimlərə video kömək sistemi artıq Fransa və İtaliya kimi bir neçə Avropa ölkəsində, həmçinin 2017-ci il Konfederasiyalar Kubokunda istifadə edilib. Fevralın sonlarında UEFA rəhbəri Aleksander Çeferin Çempionlar Liqasının gələn mövsümdəki oyunlarında VAR sisteminin tətbiq edilməyəcəyini bildirib.

Bu sistemin məqsədi qol, penalti, oyunçunun meydançadan qovulması və futbolçuların sarı və qırmızı kartla cəzalandırılması zamanı səhvlərdən yayınmaqdır.

Xatırladaq ki, DÇ-2018  Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.