logo

Binəqədidə quyudan 1 kq heroin çıxdı

16:59 05-03-2020 | icon 2128
Binəqədidə quyudan 1 kq heroin çıxdı

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan çox heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8800 ABŞ dolları götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.