logo

İlham Əliyev Şəmkirdə bir sıra obyektlərin açılışında iştirak edib

17:57 03-03-2020 | icon 1946
İlham Əliyev Şəmkirdə bir sıra obyektlərin açılışında iştirak edib

Prezident İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Şəmkir rayonuna səfəri çərçivəsində prezident İlham Əliyev bu gün Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, ümumi uzunluğu 15 kilometr olan bu yol 2018-ci ilin investisiya xərclərindən ayrılmış vəsait hesabına inşa olunub. Yolun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirməklə yanaşı, sakinlərin respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna çıxışını təmin edir.

Sonra prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Şəmkir rayonuna səfəri çərçivəsində prezident İlham Əliyev martın 3-də həmçinin,  “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində də iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov prezidentə kompleks barədə məlumat verib.

Sonda prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb və xatirə şəkli çəkdirib.