Yaponiya 2020-ci il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini seçib. Səsvermənin yekunu canlı efirdə açıqlanıb. YeniAvropa “RİA Novosti”yə istinadla xəbər verir ki, qəribə məxluqlara ad yayda veriləcək. Olimpiadanın rəmzi Tokio Oyunlarının emblemindəki naxışı xatırladan göy-ağ dama-dama geyimində məxluqdur. Onun xarakterində qədimliyi və müasirliyi birləşdirmək, qədimə hörmət etmək və təkrarlamaq, yeniyə can atmaq kimi ştrixlər güclüdür.
Paralimpiya Oyunlarının rəmzi ağ-çəhrayı dama-dama məxluqdur. Onun başında sakura ləçəkləri var. Dizaynerin fikrincə, məxluq məhz “sakuradan olan bu anten” vasitəsilə fövqəltəbii xüsusiyyətə malikdir.