“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb
2019-cu il “Azercell Telekom” üçün şəbəkənin modernləşdirilməsi və təkmilləşdirilməsi, eləcə də müştəri təcrübəsinin yüksəldilməsi istiqamətində aparılmış genişmiqyaslı təşəbbüslərlə zəngin olub.
YeniAvropa xəbər verir ki, 2018-ci ilin noyabrından 2019-cu ilin sonuna qədər “Azercell” ölkəboyu 4G şəbəkəsinin coğrafi əhatəsini 366 faiz artıraraq əhali əhatəsində 120 faiz yüksəlişə nail olub. Ümumilikdə, daha keyfiyyətli, daha çox tutuma malik və yeni texnologiyaların tətbiqinə hazır şəbəkənin təqdim edilməsi məqsədilə qeyd olunmuş müddət ərzində bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-sini 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Beləliklə, “Azercell” şirkətinin ümumi stansiya sayı 2956-ya çatıb. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin istifadə həcminin də artmasına şərait yaradıb: “Azercell” şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304 faiz artıb. Xatırladaq ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi “Azercell”in ölkənin bütün bölgələrində 4G xidmətlərinin ən yüksək keyfiyyət təmin etdiyini təsdiqləyib.
Yerli bazarda lider mövqeyini qoruyan “Azercell”, ölkədə 5G şəbəkəsinin test rejimində istifadəyə verilməsini həyata keçirən ilk operator olub.
Hazırda 8 sayda 5G baza stansiyasını quraşdıraraq, mobil operator paytaxtın mərkəzi - Fəvvarələr meydanı və Nizami küçəsinin bir hissəsini test rejimində yeni nəsil şəbəkəsi ilə əhatə edib və yaxın gələcəkdə həmin xidmətin tam şəkildə istifadəsini təmin etmək niyyətindədir. Nəzərinizə çatdırmaq istərdik ki, 5G texnologiyası mobil İnternet təkamülünün növbəti mərhələsi olaraq, müştərilərə tamamilə yeni xidmət səviyyəsi və imkanlar təqdim edir. Belə ki, ən yeni nəsil şəbəkəsi super sürət, inanılmaz minimal gecikmə təminatı ilə birgə, yeni sənaye sahələrinə inkişaf etmiş performans, səmərəlilik və minimuma endirilmiş istehsal xərcləri kimi imkanları bəxş edəcək. Bundan əlavə, IoT texnologiyalarının (əşyaların interneti) genişləndirilməsi ehtimalını nəzərə alaraq, yeni nəsil şəbəkəsi öz-özünü idarə edən nəqliyyat vasitələri və uzaqdan idarə olunan cərrahiyə prosesini reallığa çevirəcək.
Qeyd edək ki, 5G şəbəkəsinin inkişaf etdirilməsi ilə yanaşı, “Azercell” 2020-ci ildə də ölkə sakinlərini yüksəkkeyfiyyətli mobil şəbəkə ilə təmin etmək məqsədilə regionlarda 4G şəbəkəsinin genişləndirilməsini davam etdirəcək.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib