logo

Trampın Davos Forumuna gedir

21:44 16-01-2020 | icon 2646
Trampın Davos Forumuna gedir

ABŞ prezidenti Donald Tramp yanvarın 21-dən 24-dək Davos Dünya İqtisadi Forumunda iştirak etməsinin mümkünlüyünü söyləyib. 

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidenti Ağ Evin qarşısında jurnalistlərə “Ola bilər ki, Davosa getdim”, - deyə bildirib. Daha əvvəl ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndəsi ölkə prezidentinin Davosa gedəcəyini təsdiqləyib.

Qeyd edək ki, yanvarın əvvəlində Ağ Evdən verilən məlumatda Dünya İqtisadi Forumunda başda maliyyə naziri Stiven Mnuçin olmaqla ticarət naziri Uilbur Ross, ABŞ-ın ticarət danışıqları nümayəndəsi Robert Laythayzer və prezidentin baş müşaviri Cared Kuşnerdən ibarət nümayəndə heyətinin iştirak edəcəyi bildirilib.

Xatırladaq ki, 2019-cu ildə Donald Tramp ölkədə yaşanan büdcə böhranına görə Davosa səfərini təxirə salmışdı.