logo

Marşal Xəlifə Haftar Liviya ilə bağlı yekun sənədi imzalamayıb

11:40 14-01-2020 | icon 525
Marşal Xəlifə Haftar Liviya ilə bağlı yekun sənədi imzalamayıb

Rusiya Xarici İşlər Nazirliyində Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun komandanı Marşal Xəlifə Haftar arasında görüş keçirilib.

YeniAvropa xəbər verir ki, “2+2” formatında təşkil olunan görüşdə əvvəlcə Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirləri bir araya gəliblər.Sonra görüş münaqişə tərəflərinin iştirakı ilə davam edib. Altı saatdan çox davam edən gərgin müzakirələrdən sonra yekun sənəd imzalanmayıb.

Belə ki, Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac sənədi imzalasa da, Liviya Milli Ordusunun komandanı Marşal Xəlifə Haftar sənədə qol çəkməyib və bir gün vaxt istəyib.

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri döyüşləri dayandırmağa çağırıblar.Bundan sonra Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.