Velosiped idmanının BMX növü üzrə dünya çempionatının startına 100 gün qalır
İyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə keçiriləcək dünya çempionatının başlanmasına 100 gün qalır. Yarışa hazırlıqla bağlı görülən işlər həlledici mərhələyə qədəm qoyub.
YeniAvropa xəbər verir ki, 1970-ci illərdə ABŞ-da yaranan bu idman növü qısa müddətdə populyarlaşıb və 1981-ci ildə Beynəlxalq BMX Federasiyası təsis edilib. Bir ildən sonra isə bu növ üzrə ilk dünya çempionatı keçirilib. 1993-cü ildə Beynəlxalq BMX Federasiyası Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) tərkibinə daxil olub. 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin konqresində BMX idman növünün Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə qərar qəbul edilib. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından etibarən BMX dördilliyin zirvə yarışının tamhüquqlu üzvünə çevrilib.
Azərbaycanda BMX idman növü ilə ilk əyani tanışlıq “Bakı-2015” ilk Avropa Oyunları zamanı olub. Ölkəmizin digər növlər kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı 2018-ci il dünya çempionatının təşkilini Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib. 2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub: trekin uzunluğu və eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.
Mötəbər yarışın keçiriləcəyi BMX trekində aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabrında burada təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatını qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.
Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamına əsasən, Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu günədək 30-dan çox ölkə çempionatda iştirakla bağlı müraciət edib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb