logo

Milli Məclisə seçkilərdə 1047 nəfərin namizədliyi qeydə alınıb

20:33 12-01-2020 | icon 2464
Milli Məclisə seçkilərdə 1047 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində indiyə qədər qeydə alınan namizədlərin sayı açıqlanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yekun olaraq 2431 namizəd müraciət edib:

“299 nəfər 19 siyasi partiya, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1461 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

Onlardan 2358 nəfərin namizədliyi artıq təsdiq olunub, 2247 nəfəri isə artıq imza vərəqələrini alıb, onlardan 1772 nəfəri imza vərəqələrini geri qaytarıb. 1047 nəfərin namizədliyi qeydə alınıb. Bu şəxslərdən 480 nəfəri 28siyasi partiyanın üzvləridir".