logo

Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olub

21:31 24-02-2018 | icon 3087
Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olub

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub.

YeniAvropa xəbər verir  ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı avstraliyalı Ceyk Benstedi, tacikistanlı Bəhruz Xocazodanı, ermənistanlı Ferdinand Karapetyanı məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edən idmançımız finalda yaponiyalı Şohei Ono ilə qarşılaşıb. Yaponiyalı idmançı üstün olduğundan cüdoçumuz turniri gümüş medalla başa vurub.