“Pxençan-2018”də 30 ölkənin idmançıları medalçılar arasında yer alıblar
“Pxençan-2018” Qış Olimpiya Oyunlarının on altıncı günündə - fevralın 24-də 10 dəst medalın sahibləri müəyyənləşib. “Pxençan-2018”də 30 ölkənin idmançıları medalçılar arasında yer alıblar.
YeniAvropa xəbər verir ki, kerlinq yarışlarında iki dəst medalın sahibi müəyyənləşib. Kişilər arasında qızıl medal uğrunda görüşdə İsveç və ABŞ idmançıları üz-üzə gəliblər. Qarşılaşmada 10:7 hesabı ilə qalib gələn ABŞ atletləri Olimpiya çempionu adını qazanıblar. Qadınlar arasında bürünc medal uğrunda oyunda Böyük Britaniya komandasına 5:3 hesabı ilə qalib gələn Yaponiya Olimpiya Oyunlarını üçüncü sırada tamamlayıb.
Kişilər arasında sərbəst xizəkçiliyin 50 kilometr məsafəyə klassik mass yarışlarında Finlandiya təmsilçisi İvo Niskanen 2 saat 8 dəqiqə 22 saniyə nəticə ilə qızıl medala sahib olub. İlk üçlüyü Olimpiya bayrağı altında çıxış edən rusiyalı atletlər - Alexander Bolşunov və Andrey Larkov tamamlayıblar.
Dağ xizəkçiliyi üzrə komanda yarışlarında İsveçrə millisi qızıl medal qazanıb. Avstriya xizəkçiləri yarışı ikinci, Norveç komandası isə üçüncü pillədə başa vurublar.
Kişilər arasında xokkey yarışlarında üçüncü yer uğrunda görüşdə Çexiya və Kanada komandaları qarşılaşıblar. Rəqibinə 6:4 hesabı ilə qalib gələn Kanada “Pxençan-2018”in bürünc medalına yiyələnib.
Snoubord yarışlarında atletlər üç dəst medal uğrunda mübarizə aparıblar. Kişilər arasında biq-eyr yarışlarında kanadalı Sebastien Toutant 174,25 xalla bütün rəqiblərini qabaqlayıb. ABŞ təmsilçisi Kayl Mak gümüş, Böyük Britaniya idmançısı Billi Morqan bürünc medala sahib olublar.
Qadınların paralel böyük slalom yarışlarında Çexiya idmançısı Ester Ledeçka fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Almaniya idmançıları Selina Jorj və Ramona Hofmeister ilk üçlüyü tamamlayıblar. Kişilərin eyni növdə mübarizəsində isveçrəli Nevin Qalmarini qızıl, Sanqo Li (Koreya Respublikası) gümüş, Sloveniya təmsilçisi Zan Kosir bürünc medala sahib olublar.
Qadınlar arasında konkisürmə üzrə mass start yarışlarında yaponiyalı Nana Takaqi “Pxençan-2018”in çempionu adını qazanıb. Koreya Respublikasından olan Bo-Reum Kim yarışı ikinci, niderlandlı İren Şouten isə üçüncü yerdə tamamlayıblar. Eyni növdə kişilərin yarışlarında Koreya Respublikasının atleti Seunq-Hun Li birinci olub. Belçikalı Bart Svinqs gümüş, Niderland təmsilçisi Koen Verveyj bürünc medala layiq görülüblər.
Beləliklə, “Ağ Olimpiada”da on altıncı günün yekunlarına görə, Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 13 qızıl, 14 gümüş və 11 bürünc medal var. Almaniya (13-8-7) ikinci, Kanada (11-8-10) üçüncü, ABŞ (9-8-6) dördüncü, Niderland (8-6-6) isə beşinci pillədə qərarlaşıb. Ümumilikdə 30 ölkənin idmançıları medalçılar arasında yer alıblar.
“Pxençan-2018”ə fevralın 25-də yekun vurulacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb