Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir davam edir.
YeniAvropa Azərbaycan güləş Federasiyasına istinadla bildirir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın üzvləri iştirak edirlər.
Otuz yeddi komandanın iştirak etdiyi turnirin ilk yarış günündə 18 güləşçimiz xalça üzərinə çıxıb. Sərbəst güləş yarışlarında 3, qadın güləşi üzrə 1, yunan-Roma güləşi üzrə isə 3 idmançımız finala yüksəlib. Bir güləşçimiz bürünc medal görüşünə, yeddi pəhləvanımız isə təsəlliverici görüşlərə qatılacaq.
Final görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.