logo

Kiyev turnirində ilk gün: 8 güləşçimiz yarımfinalda

20:39 23-02-2018 | icon 3115
Kiyev turnirində ilk gün: 8 güləşçimiz yarımfinalda

Fevralın 23-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir start götürüb.

YeniAvropa xəbər verir  ki, Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edirlər.

Qadın güləşi üzrə yığma komandamızın heyətində Türkan Nəsirova (50 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və İrina Netreba (65 kq) yer alıb. 

Sərbəst güləş üzrə yığma komandada i Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikisi 74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev, Kənan Əliyev (hamısı 86 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) təmsil olunurlar 

Yunan-Roma güləşi yarışlarında yığma komandamızın heyətində Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov, Elvin Mürsəliyev (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 97 kq) və Sabah Şəriəti (130 kq)mükafatlar uğrunda mübarizə aparırlar. 

Bundan əlavə, görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ölkəmizi təmsil edəcək. 

Proqrama əsasən, fevralın 23-də yunan-Roma güləşi üzrə 55, 63, 72, 82, 97 kq, sərbəst güləş üzrə 57, 65, 74, 86, 97 kq və qadın güləşi üzrə 50, 55, 59, 65, 72 kq çəkidə idmançılar, fevralın 24-də isə  60, 67, 77, 87 və 130 kq-da yunan-Roma, 61, 70, 79, 92 və 125 kq çəkidə sərbəst, 53, 57, 62, 68 və 76 kq-da qadın güləşçilər yarışacaq.
37 komandanın iştirak etdiyi turnirin ilk yarış günündə 18 güləşçimiz xalça üzərinə çıxıacaq.

Azərbaycan Güləş Federasiyasından verilən məlumatda qeyd olunub ki, artıq 8 güləşçimiz yarımfinala vəsiqə əldə ediblər.