logo

“Boeing” şirkətinin baş icraçı direktoru istefa verib

16:23 23-12-2019 | icon 2457
“Boeing” şirkətinin baş icraçı direktoru istefa verib

“Boeing” şirkətinin baş icraçı direktoru Dennis Muilenburg istefa verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, onu bu postda gələn il yanvarın 13-dən “Boeing”in idarə heyətinin sədri Dave Calhoun əvəz edəcək.

Şirkət o vaxta kimi “Boeing”in baş maliyyə direktoru Greg Smithin müvəqqəti olaraq baş icraçı direktor vəzifəsini icra edəcəyini açıqlayıb.

“Boeing”in baş icraçı direktoru D.Muilenburg istefasına səbəb kimi şirkətin “737 Max” təyyarəsi, eləcə də “Starliner” kosmik gəmisi ilə əlaqədar gecikmələr və çoxsaylı problemlər də daxil olmaqla bir sıra uğursuzluqlar göstərilir.