logo

Rusiya qaz tranzitinə görə Ukraynaya 2,9 milyard dollar ödəyəcək

15:13 21-12-2019 | icon 2415
Rusiya qaz tranzitinə görə Ukraynaya 2,9 milyard dollar ödəyəcək

Rusiya Stokholm arbitrajının 2009-cu il tranzit sazişi üzrə qərarına əsasən bu ilin sonunadək Ukraynaya 2,9 milyard dollar ödəyəcək.

YeniAvropa "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bunu brifinqdə Ukraynanın energetika və ətraf mühitin müdafiəsi naziri Aleksey Orjel dekabrın 20-də Minskdə Avropa Komissiyası, Ukrayna və Rusiyanın iştirakı ilə keçirilən danışıqların nəticələrindən danışarkən deyib.

Nazir, həmçinin qeyd edib ki, Ukrayna qaz sazişlərini yanvarın 1-dək imzalanmasına ümid edir. Onun sözlərinə görə, mürəkkəb, lakin konstruktiv danışıqlar nəticəsində razılaşma paketi əldə olunub. Stokholm arbitrajının qeyd etdiyi bütün məbləğ ödəniləcək.