Bakıda Azərbaycan-Aİ Təhlükəsizlik Dialoqunun ikinci raundu keçirilib
Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun ikinci raundu keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə dövlət qurumlarından ekspertlərin daxil olduğu Azərbaycan və Avropa İttifaqının yüksəksəviyyəli nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun və Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi məsələlər üzrə baş katibinin müavini Jan-Kristof Belyarın rəhbərlik etdikləri nümayəndə heyətləri qarşılıqlı maraq doğuran vacib siyasi və təhlükəsizlik məsələləri, o cümlədən münaqişələrin həlli və böhranların idarə olunması, regional və beynəlxalq təhlükəsizliyə təhdid və çağırışlar ətrafında fikir mübadiləsi aparıb, praktiki əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Nümayəndə heyətləri BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə öz sadiqliyini bir daha təsdiq edib, beynəlxalq nizamın əsası kimi bu prinsiplərə tam riayət olunmasının vacibliyini vurğulayıblar.
Avropa İttifaqının nümayəndə heyəti Aİ rəsmilərinin, xüsusilə də Aİ Şurasının Prezidenti Donald Tuskun və İttifaqın Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dair əvvəllər ifadə olunmuş dəstəyi bir daha təsdiq edib.
Tədbirdə TANAP layihəsinin bu yaxınlarda fəaliyyətə başlaması və TAP layihəsinin gözlənilən yekunlaşması kontekstində Cənub Qaz Dəhlizinin Avropa bazarlarına enerji nəqlinin şaxələndirilməsində vacibliyi bir daha qeyd olunub. Aİ nümayəndə heyəti Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. Azərbaycan və Avropa İttifaqı arasında yeni Aİ-Azərbaycan Sazişi üzrə danışıqların yekunlaşmasının vacibliyi vurğulanıb.
Nümayəndə heyətləri təhlükəsizlik məsələləri üzrə dialoqu davam etdirmək və növbəti raundu 2020-ci ilin ikinci yarısında Brüsseldə keçirmək barədə razılığa gəliblər.
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb