logo

İordaniyanın kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

17:40 10-12-2019 | icon 2219
İordaniyanın kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azərbaycana rəsmi səfəri dekabrın 10-da başa çatıb.

 YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İordaniya Kralı II Abdullahı hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.