logo

İlham Əliyev Şamaxıda  "ASAN Həyat" kompleksinin açılışında 

19:10 05-12-2019 | icon 2499
İlham Əliyev Şamaxıda  "ASAN Həyat" kompleksinin açılışında 

Prezident İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentinin köməkçisi - prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  kompleksdə görülən işlər barədə məlumat veriblər.