Batut gimnastikası üzrə 26-cı Avropa çempionatının püşkü atılıb
Fevralın 19-da Azərbaycan Gimnastika Federasiyasının (AGF) ofisində Bakıda ilk dəfə keçiriləcək batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 26-cı Avropa çempionatının püşkü atılıb.
YeniAvropa AGF-in saytına istinadla xəbər verir ki, püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov, UEG-in batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman və komitənin üzvləri Babet Van Veterinq, İrina Karavayeva, Luiş Nunes, Patrik Ziqfred, Mariela Stoyçeva və Konrad Bojakovski, eləcə də AGF rəsmiləri, yerli təşkilat komitəsinin üzvləri iştirak ediblər.
Püşkatmanın qaydaları barədə məlumat verən V.Zeman qeyd edib ki, böyüklər və gənclər arasında çempionatın püşkü qadınlar və kişilər arasında fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut kateqoriyaları üzrə atılacaq. Püşkatma zamanı ölkələr 2016-cı ildə təşkil edilmiş Avropa çempionatında komanda hesabı üzrə nəticələrə əsasən qruplara bölünəcəklər. Bundan sonra komanda ilə təmsil olunan yeni ölkələr və yalnız fərdi çıxış edən gimnastlar əlavə olunacaqlar.
Ölkələrin adları və onların çıxış edəcəkləri qruplar texniki komitənin üzvü, batut gimnastikası üzrə qadınlar arasında ilk Olimpiya çempionu İrina Karavayeva tərəfindən səsləndirilib.
UEG texniki komitəsinin üzvləri püşkatma mərasiminin keçirilməsi, həmçinin yarışların təşkili üzrə yerli təşkilat komitəsi ilə müzakirələrin aparılması, o cümlədən yarış zalının çempionata hazırlığının yoxlanılması məqsədilə artıq iki gündür Bakıda səfərdədirlər.
Çempionatda böyüklər arasında yarışlarda 25, gənclər proqramında isə 26 ölkədən ümumilikdə 700-ə yaxın gimnastın iştirakı gözlənilir.
Aprelin 12-15-də təşkil olunacaq Avropa çempionatı gənc gimnastlar üçün 2018-ci ildə Buenos-Ayresdə keçiriləcək yeniyetmələr arasında Olimpiya Oyunlarına, böyük gimnastlar üçün isə 2019-cu ildə Minskdə baş tutacaq II Avropa Oyunlarına təsnifat xarakteri daşıyır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb