logo

Cüdoçularımız açıq Avropa birinciliyində komanda hesabında birinci oldular

21:23 19-02-2018 | icon 2968
Cüdoçularımız açıq Avropa birinciliyində komanda hesabında birinci oldular

Avstriyanın Obervart şəhərində cüdo üzrə açıq Avropa birinciliyi başa çatıb. YeniAvropa xəbər verir  ki,  cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Azərbaycan millisinin üzvləri Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) Avstriya turnirində bütün rəqiblərinə qalib gələrək çempion olublar. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Vüqar Şirinli (66 kq) və Firudin Dadaşov (90 kq) turnirin bürünc medalını qazanıblar.

Yekun nəticədə cüdo üzrə milli komandamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq birinci yeri tutub.

Qeyd edək ki, Avstriyada keçirilən açıq Avropa birinciliyində 42 ölkədən 285 cüdoçusu mübarizə aparıb.