logo

Cüdoçularımız Avropa kubokunda 1 qızıl və 1 gümüş medala sahib olublar

23:34 18-02-2018 | icon 2905
Cüdoçularımız Avropa kubokunda 1 qızıl və 1 gümüş medala sahib olublar

İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

YeniAvropa xəbər verir  ki,  beynəlxalq turnirin birinci günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal qazanıblar.

Qızlar arasında 44 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova İspaniya, İtaliya, Fransa və Rusiya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə İtaliya təmsilçisi Silvio Draqonu məğlub edən idmançımız çempion olub.

Oğlanların mübarizəsində 50 kiloqram çəki dərəcəsində yarışan Mirağa Hacıyev İsrail, İtaliya, İspaniya, Rusiya və Fransa cüdoçuları üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda İsrail idmançısı Ariel Şulmana uduzan idmançımız gümüş medalla kifayətlənib.

İspaniya turniri bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.