logo

Gürcüstan xüsusi təyinatlıları müxalifətin mitinqini dağıtdılar

18:11 18-11-2019 | icon 2317
Gürcüstan xüsusi təyinatlıları müxalifətin mitinqini dağıtdılar

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Tbilisidə parlamentin binası qarşısında etiraz aksiyası keçirən insanları dağıtmağa başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, DİN bir neçə saat əvvəl aksiya iştirakçılarına müraciət edərək evlərinə dağılışmağa, parlamentin binasını blokadadan azad etməyə çağırıb. Əks-təqdirdə polisin aksiyanı güc vasitəsilə dağıdacağı bildirilib.

Müxalifət DİN-in xəbərdarlığına əməl etmədiyi üçün xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnağından istifadə edib.

Su şırnağının tətbiqindən sonra aksiya iştirakçılarının bir hissəsi ərazidən uzaqlaşıb. Qalan insanlar isə polisə müqavimət göstərərək meydanı tərk etmək istəməyib.

Son məlumatlara görə, polis müxalifətin parlamentin qarşısında, Rustaveli prospektində quraşdırdığı çadırları yığışdırıb. Qarşıdurma nəticəsində xəsarət alanlar var. Bir neçə nəfərin saxlandığı bildirilir.