logo

Türkiyədə hərbi hissədə partlayış: 17 nəfər yaralandı

17:15 15-11-2019 | icon 2429
Türkiyədə hərbi hissədə partlayış: 17 nəfər yaralandı

Türkiyənin Şanlıurfa şəhərində hərbi hissənin silah anbarında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 22:50-də güclü partlayış nəticəsində yaranan yanğın artıq nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan 17 nəfərdən biri mülki şəxs, 16-sı isə hərbi qulluqçudur.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı təhqiqat aparılır.