Yaponiyalı fiqurlu konkisürən Qış Olimpiya Oyunlarının 1000-ci qızıl medalını qazanıb
Yaponiyalı fiqurlu konkisürən Yudzuru Hanyu Qış Olimpiya Oyunlarının 1000-ci qızıl medalını Pxençan Olimpiadasının birnəfərlik yarışlarında qazanıb.YeniAvropa Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, Hanyu fevralın 17-də Pxençanda ali dərəcəli mükafatı Soçidəki nəticəni təkrar etməklə qazanıb. Gümüş medala yaponiyalı Şoma Uno, bürüncə Xavier Fernandez sahib olub.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarının ilk medalçısı amerikalı konkisürən Çarlz Cutrou olub. O, 1924-cü il yanvarın 26-da Şamoni Olimpiadasında 500 metr məsafədə qalib gəlib.