logo

Kiyevdə II GUAM biznes forumu keçiriləcək

15:31 12-11-2019 | icon 2261
Kiyevdə II GUAM biznes forumu keçiriləcək

Dekabrın 12-də Kiyevdə II GUAM biznes forumu keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib.Qeyd edilib ki, tədbir GUAM üzvü olan ölkələrin hökumət başçılarının görüşü çərçivəsində təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.

Biznes forumda iştirak etməkdə maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.