logo

Azərbaycan XİN-i Sergey Lavrova cavab verdi

19:59 11-11-2019 | icon 2184
Azərbaycan XİN-i Sergey Lavrova cavab verdi

"Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir".

 YeniAvropa xəbər verir  ki, bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevanda keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndiriyi fikirlərinə münasibət bildirərkən səsləndirib.

"Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki - azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”,-deyə  Leyla Abdullayeva vurğulayıb.