Kamran Quliyev “Neftçi” futbol klubunun prezidenti vəzifəsinə təyin olunub.
YeniAvropa kluba istinadən xəbər verir ki, K.Quliyev fevralın 16-da istefa verən Orxan Hüseynzadəni əvəzləyib.
Qeyd edək ki, Kamran Quliyev bu təyinatadək “Sumqayıt” klubunun prezidenti vəzifəsində çalışıb.