Avstriyada Avropa ölkələrində ən sərt siqaret qadağası qüvvəyə minib
Noyabrın 1-dən etibarən Avstriyada qastronomiya obyektlərində tütün məhsullarının istehlakını qadağan edən qanun qüvvəyə minib.
YeniAvropa xəbər verir ki, uzun müzakirələrdən sonra qəbul edilən və 2018-ci ildə icrası parlament tərəfindən dayandırılan qanunun, nəhayət, tam qüvvəsi ilə tətbiqinə başlanıb. Bir sıra ictimai iaşə obyektlərinin sahibləri qanuna qarşı son anadək mübarizə apararaq, müəyyən istisnalar əldə etməyə və ya qanundakı hansısa boşluqlardan biznes maraqları üçün yararlanmağa çalışsalar da, heç bir nəticə hasil olmayıb. Ekspertlərin rəyinə görə, bu, Avropa ölkələri arasında siqaretdən istifadəyə qarşı ən sərt qanundur. Hətta Avropada siqaret qadağasını ilk tətbiq edən İrlandiyada da bu qanun yumşaq şəkildə tətbiq olunur. Bu ölkədə ictimaiyyətin girişinə icazə verilməyən qapalı tədbirlərdə siqaretdən istifadə mümkündür. Avstriyada isə heç bir bəhanə, qapalı tədbir, toplantı və s. adı altında siqaret qadağasından qurtulmaq mümkün deyil.
Hazırda müştərilərə qəlyan təklif edən obyektlərin sahibləri bu obyektlər üçün xüsusi icazənin verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət ərizəsi veriblər. Şikayətlə bağlı qərar çıxana kimi həmin obyektlərdə müştərilərə qəlyan təklif edilməsi mümkün olmayacaq. Qadağan, eyni zamanda, elektron siqaretləri də əhatə edir.
Qanunvericiliyə görə, obyektlərində tütün məmulatlarından istifadəyə görə qastronomlara ilkin olaraq 800 avro cəza veriləcək. Belə hal təkrar edildikdə cərimənin məbləği 10 min avroyadək yüksələ bilər.
Vyana şəhəri magistratından bildirilib ki, noyabrın 1-dən ilin sonunadək şəhərdəki ictimai iaşə obyektlərində 5 min nəzarət-təftiş reydləri keçiriləcək. Paytaxtdakı ictimai iaşə obyektlərinin təxminən yarısını əhatə edəcək bu reydlərdə qanunu ilk dəfə pozan obyekt sahiblərinə də güzəşt edilməyəcək.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Baş Prokurorluqdan Mehman Xəlilovun cinayət işi üzrə açıqlama
“Təmiz ölkəm”-maarifləndirici təmizlik aksiyalarına başlanılır-Sabahdan
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
I rübdə “Şahdəniz”dən 7 milyard kubmetr qaz hasil edilib
Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
BMT COP29-la bağlı Azərbaycana dəstək verməkdə davam edəcək
YAP parlament seçkilərinə hazırlıqları davam etdirir
Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir
500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək
Azərbaycan nefti 84,55 dollara satılır
Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib
Ötən gün Azərbaycanda 82 kq narkotika aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb