logo

Cüdoçularımız Avropa Kuboku yarışlarında güclərini sınayacaqlar

16:25 15-02-2018 | icon 2730
Cüdoçularımız Avropa Kuboku yarışlarında güclərini sınayacaqlar

Fevralın 17-18-də Avstriyanın Obervart şəhərində cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək.

YeniAvropa xəbər verir  ki, turnirdə ölkəmizi Mehman Sadıqov, Tofiq Məmmədov, Kəramət Hüseynov, Sadiq Məhərrəmov (hamısı 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev, Paşa Əliyev (hər ikisi 73 kq), Afiq Səfərli, Coşqun Abdullayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Qurban Qurbanov (hamısı 90 kq), Zelim Koçev, Adil Kərimli (hər ikisi 100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı) təmsil edəcəklər.

Qeyd edək ki, açıq Avropa kuboku yarışlarında 40 ölkədən 323 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.