logo

İlham Əliyev baş nazirin müavinlərini vəzifələrindən azad edib

16:32 21-10-2019 | icon 2170
İlham Əliyev baş nazirin müavinlərini vəzifələrindən azad edib

Prezident İlham Əliyev oktyabrın 21-də baş nazirin müavinlərini vəzifələrindən azad edilməsi haqda sərəncamlar imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Birinci sərəncamla  Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.

Prezidentin imzaladığı digər bir sərəncamla isə Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev oktyabrın 21-də həmçinin, baş nazirin müavinləri vəzifələrindən azad edilmiş Əli Həsənov və Hacıbala Abutalıbovu qəbul edib.