logo

Bakı meriyası müxalifətin mitinqinə yenə Lökbatanda icazə verdi

14:07 16-10-2019 | icon 2275
Bakı meriyası müxalifətin mitinqinə yenə Lökbatanda icazə verdi

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

YeniAvropa xəbər verir  ki, bu barədə BŞİH-dən bildirilib. Qeyd edilib ki, Milli Şuranınmüraciətə baxılıb və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Xatırladaq ki, ötən dəfə də BŞİH müxalifətin mitinq  keçirmək sorşusuna cavab olaraq Lökbatan qəsəbəsini göstərmişdi və müxalifət bundan imtina etmişdi.

Milli Şuranın üzvü , AXCP-nin sədri Əli Kərimli yalnız paytaxtın mərkəzindəki meydanların birində mitinq keçirməkdə israr edirlər və bu dəfə də meriyadan eyni cavab alacaqları təqdirdə "28 May" metro stansiyasının qarşısındakı meydanda icazəsiz mitinq keçirəcəklərini bəyan ediblər.