Deputatlarımız Parlamentlərarası İttifaqın Assambleyasında iştirak edir
Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva və Kamran Nəbizadədən ibarət Azərbaycan parlamentinin nümayəndə heyəti Parlamentlərarası İttifaqın oktyabrın 13-17-də Serbiyanın paytaxtı Belqrad şəhərində “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən 141-ci Assambleyasında iştirak edir.
YeniAvropa xəbər verir ki, dünyanın 154 ölkəsindən 1700 nəfərdən çox nümayəndənin iştirak etdiyi Assambleyanın açılışında Serbiyanın Milli Assambleyasının sədri Maya Qoykoviç, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron, BMT-nin Cenevrədəki ofisinin rəhbəri Tatyana Valovaya, Serbiyanın Prezidenti Aleksandr Vuçiç çıxış ediblər. Mərasimdə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin tədbir iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş olunub.
Oktyabrın 13-də Assambleyanın Qadın Parlamentarilərin Forumunda qanunvericilikdə gender ayrı-seçkiliyinin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Sona Əliyeva çıxış edərək 101 il əvvəl Azərbaycanda qadın hüquqlarının İstiqlal bəyannaməsində təsbit olunduğunu qeyd edib, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, son illər ərzində ölkəmizdə qadın hüquqları və gender bərabərliyi ilə bağlı qəbul olunmuş qanunlar barədə ətraflı məlumat verib. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı nəticəsində azərbaycanlı qadın və uşaqların hüquqlarının pozulması faktını iştirakçıların diqqətinə çatdırıb.
Assambleyanın oktyabrın 14-də keçirilən və gənclər siyasəti təcrübəsi, bu sahədə əldə edilmiş uğurlar, mövcud problemlərin həlli perspektivləri və gələcəkdə görüləcək işlərə həsr olunan Gənc Parlamentarilərin Forumunda Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov iştirak edib. O, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurları, gənclərlə iş sahəsində əldə olunmuş təcrübə və reallaşdırılan layihələr barədə məlumat verib, həmkarlarını maraqlandıran sualları cavablandırıb.
Həmin gün assambleyanın gündəliyinə təcili bənd qismində daxil edilməsi və bu yığıncaqda müzakirə edilərək qəbul olunması məqsədilə Hindistan tərəfindən “İqlim dəyişikliyi problemlərinin həlli”, Türkiyə tərəfindən “Terrorçuluğa qarşı mübarizədə və Suriyada davam edən münaqişənin həlli prosesində Qərb ölkələrinin ikili standartları”, Peru tərəfindən isə “Peruda demokratik prinsiplərə hörmət və demokratik sistemin bərqərar olunması” adlı qətnamə layihələri və başqa layihələr irəli sürülərək səsə qoyulub. Digər nümayəndə heyətləri ilə yanaşı, Azərbaycanın nümayəndə heyəti də səsvermədə iştirak edərək, hər zaman olduğu kimi, Türkiyənin layihəsini dəstəkləyib, ona qarşı irəli sürülmüş qətnamə layihəsinin isə əleyhinə səs verib. Səsvermə nəticəsində Hindistanın təklifi zəruri səs çoxluğu yığaraq Assambleyanın gündəliyinə daxil edilib.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Baş Prokurorluqdan Mehman Xəlilovun cinayət işi üzrə açıqlama
“Təmiz ölkəm”-maarifləndirici təmizlik aksiyalarına başlanılır-Sabahdan
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
I rübdə “Şahdəniz”dən 7 milyard kubmetr qaz hasil edilib
Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
BMT COP29-la bağlı Azərbaycana dəstək verməkdə davam edəcək
YAP parlament seçkilərinə hazırlıqları davam etdirir
Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir
500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək
Azərbaycan nefti 84,55 dollara satılır
Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib
Ötən gün Azərbaycanda 82 kq narkotika aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb