logo

Cari ildə ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

19:37 17-09-2019 | icon 2660
Cari ildə ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 26 min 695 olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.Qeyd edilib ki,  ölkəyə gətirilən avtomobillərin 246-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 24 min 88-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2262-si yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 99-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.