Təbrizdə böyüklər arasında sərbəst güləş üzrə ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilib.
Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya verilən xəbərə görə, 23 ölkədən 190-a yaxın idmançının iştirak etdiyi turnirdə təmsilçilərimiz də mübarizə aparıblar.
Yığmamızın üzvləri turniri 4 bürünc medalla başa vurublar. Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüdə yer alıblar.
Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.