Pxençan-2018 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
Bir neçə dəqiqə əvvəl Cənubi Koreyanın Pxençan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
YeniAvropa xəbər verir ki, Olimpiadanın açılış mərasimi 35 min yerlik Pxençan şəhər stadionunda keçirilir.
İki saat davam edəcək mərasim sülhə və gələcəyə çağırış mövzularını əhatə edən səhnələrlə start götürüb. Olimpiya Oyunları Pxençan ilə yanaşı, Qanqneunq və Ceonqsen şəhərində, ümumilikdə 12 idman obyektində keçiriləcək.
Budəfəki Qış Olimpiya Oyunlarında 92 ölkədən 2925 idmançı mübarizə aparacaq. Malayziya, Sinqapur, Ekvador, Eritreya, Nigeriya və Kosovo atletləri Qış Oyunlarında ilk dəfə iştirak edirlər. KXDR komandasına xüsusi kvota ayrılıb və bu ölkə Oyunlarda 22 idmançı, o cümlədən Şimali və Cənubi Koreyanın qadınlardan ibarət vahid xokkey komandası ilə təmsil olunur. BOK-un qərarı ilə Rusiya Oyunlara buraxılmasa da, Pxençana 169 rusiyalı idmançının gəlməsi gözlənilir. İsveçrəni 170, Almaniyanı 156, İtaliyanı 122 idmançı təmsil edir. Avstriya, Norveç, Finlandiya, Fransa Pxençana 100-dən çox idmançı göndərib. Azərbaycan Oyunlarda bir idmançı ilə təmsil olunacaq. Ölkəmiz 1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edir.
Bu gün səhər Olimpiya məşəli Cənubi Koreyaya çatıb. Məşəl estafetində məşhur aktyor Ceki Çan da iştirak edib.
Qış Olimpiya Oyunlarının açılış mərasimini izləmək üçün 21 ölkənin və bir neçə beynəlxalq təşkilatın rəhbər şəxsləri Pxençana gəlib. Onların arasında BMT-nin baş katibi Antonio Quterreş, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın Baş naziri Şinzo Abe, ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsveç kralı Karl Qustav, İsveçrə Prezidenti Alain Berset, habelə Sloveniya, Polşa, Slovakiya, Litva, Estoniya və Latviyanın dövlət başçıları, Norveç, Danimarka, Lixtenşteyn və Finlandiyanın Baş nazirləri, Monako knyazı, Danimarkanın şahzadə vəliəhdi, Kanadanın general-qubernatoru və başqaları var.
Olimpiya Oyunlarının proqramına 15 idman növü daxildir. İdmançılar burada 102 dəst medal uğrunda mübarizə aparacaq. Oyunların bağlanış mərasimi fevralın 25-nə planlaşdırılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb