logo

Ötən gün cnayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

10:50 12-09-2019 | icon 196
Ötən gün cnayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.