Rusiyanın Soçi şəhərində keçirilən karate üzrə Avropa çempionatında 67 kiloqramadək olan idmançıların yarışında Hüseyn Alıyev bütün rəqiblərini məğlub edərək çempion olub.
YeniAvropa xəbər verir ki, milli komandamızın da qatıldığı yarışda 44 ölkədən minə yaxın idmançı tatami üzərində öz qüvvəsini sınayıb. Milli komandanın tərkibində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi Hüseyn Alıyev finala gedən yolda Niderland, Şotland, Kosovo, Bosniya və Herseqovina idmançılarına qalib gəlib. Həlledici görüşdə Macarıstan karateçisi ilə qarşılaşan idmançımız qitə çempionu olub.
H.Alıyevi yarışa hazırlayan DİN İdman Cəmiyyətinin fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov deyib ki, karateçimiz daha mötəbər yarışlara hazırdır və onun potensialı daha böyük uğurlara ümid verir. Məşqçi, həmçinin yetirməsinin bu ilin yayında Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin Olimpiadasında iştirak edəcəyini qeyd edib.