logo

Taekvondoçularımız klublararası Avropa çempionatının ikinci günündə 10 medal qazanıblar

10:58 08-02-2018 | icon 2702
Taekvondoçularımız klublararası Avropa çempionatının ikinci günündə 10 medal qazanıblar

İstanbulda keçirilən klublararası Avropa çempionatının ikinci günündə Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə milli yığma komandasının üzvləri uğurlu çıxış edərək 10 medal qazanıb.YeniAvropa xəbər verir  ki, Türkiyə Taekvondo Federasiyası və Avropa Taekvondo İttifaqı tərəfindən təşkil edilən qitə çempionatında yığma komandanın idmançılarından oğlanlar arasında Cavad Ağayev (63 kq) və Taleh Süleymanov (73 kq), qızlardan Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) qızıl medal qazanıblar.

Komandanın digər üzvlərindən Xanoğlan Kərimov (48 kq), Ayaz Qənbərli (51 kq) və Ofeliya Allahverdiyeva (42 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olublar.

Nihad Abbasov (45 kq), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüblər.