logo

Dövlət hesabına ailəsi ilə  birgə səyahət edən Polşa Seyminin sədri istefa verdi

17:49 09-08-2019 | icon 2604
Dövlət hesabına ailəsi ilə  birgə səyahət edən Polşa Seyminin sədri istefa verdi

Ailəsi ilə birlikdə hökumət təyyarələri və helikopterlərində dövlət hesabına səyahət edən və bunun mətbuatda böyük qalmaqala səbəb olmasından sonra çətin vəziyyətə düşən Polşa Seyminin aşağı palatasının sədri Marek Kuxçinski istefa verib. 

YeniAvropa "BBC" telekanalının saytına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin üzvü Malqojata Kidava-Blonskaya məlumat verib.

Polşa qanunlarına görə, Seymin spikeri prezidentdən sonra ölkənin ikinci vəzifəli şəxsidir. O, səsvermə yolu ilə deputatlar tərəfindən seçilir. Kuxçinski bu vəzifəni 2015-ci ildən – onun təmsil olunduğu “Qanun və ədalət” partiyasının növbəti parlament seçkilərində qalib gəlməsindən bəri tuturdu.

Qeyd olunub ki, parlamentin spikerinin istefasından sonra onun vəzifələrini ən yaşlı vitse-spiker yerin yetirəcək. Artıq bu gün Seymin yeni sədrinin seçiləcəyi gözlənilir.